Mərkəzi Bankda kredit təşkilatları üçün təlimlər keçirilir | Banco.az

Mərkəzi Bankda kredit təşkilatları üçün təlimlər keçirilir

Mərkəzi Bankda “Nağd pulun idarəetmə informasiya sisteminin (Cash Management System (CMS))” tətbiqi ilə əlaqədar beynəlxalq ekspertlərin iştirakı ilə kredit təşkilatları üçün təlimlərə başlanıb.

SalamNews-un məlumatına görə, təlimlərdən məqsəd CMS-in Mərkəzi Bankda tətbiqi ilə əlaqədar kredit təşkilatlarının sistemə inteqrasiyasını təmin edəcək “web portal” modulu üzrə əməliyyatların aparılması zamanı bank əməkdaşlarının nəzəri, eləcə də praktiki bilik və bacarıqlarının ixtisaslaşdırılmasından ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Təlimdə Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev müvafiq Proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər, eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.

 

   SalamNews

 

Ən sərfəli krediti almaq üçün müraciət et