Mərkəzi Bank valyuta mübadiləsi əməliyyatları aparmaq üçün "Eliko" MMC şirkətinə lisenziya verib. Bu şirkət banklardan kənar valyuta mübadiləsi əməliyyatları aparan yeganə təşkilatdır.
Bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, valyutadəyişmə məntəqələrinə dair tələbələr mühfizəkardır: "Şərtlərə cavab vermək mühümdür. Bankların valyutadəyişmə məntəqələri bank qanunvericiliyi və banklara olan kapital tələbləri əsasında fəaliyyət göstərir. Bu, aydındır. Bank olmayan təşkilatların valyutadəyişmə əməliyyatları aparmalarına dair tələblərə sərt deməzdim, amma obyektiv olaraq mühafizəkardır. Biz hər bir müraciəti obyektiv qiymətləndiririk. Əgər onlar qanunvericiliyin tələblərinə uyğun şəkildə verilibsə burada heç bir məhdudiyyət yoxdur. Əgər müraciətlər qanunvericiliyə uyğundursa, biz lisenziyalaşdırmanı davam etdirəcəyik".
marja
Bizi sosial şəbəkələrdən izləyin!!