04 aprel 2016, Bakı: Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Lakin, müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir.
Bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank 4 aprel 2016-cı ildə valyuta alışı hərracı keçirmiş və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşmışdır.