Mərkəzi Bank valyuta ehtiyatlarını artımağa başlayacaq | Banco.az

Mərkəzi Bank valyuta ehtiyatlarını artımağa başlayacaq

Beynəlxalq Valyuta Fondu hesab edir ki, cari ildə isə valyuta ehtiyatlarının həcmi azalmaqda davam edəcək.

Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 17,9% azalmasını və cari ildə bu tendensiyanın davam edəcəyini proqnozlaşdırır.

Bu barədə Banco.az İnterfaks-a istinadən xəbər verir.

“2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5,017 milyard dollar təşkil edib və ötən il ərzində 2,7 dəfə azalıb. 

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ildən Mərkəzi Bankın valyuta ehtiyatlarının artımı başlayacaq. Orta müddətli perspektivdə bu artımın illik 0,5 milyard dollar təşkil edəcək.

2018-ci ilədək AMB-nin ehtiyatları 4,617 milyard, 2019-cu ilə qədər 5,117 milyard, 2020-ci ilə qədər 5,617 milyard, 2021-ci ilədək isə 6,117 milyard dollara çatacaq”, - deyə Fond qeyd edib. 

Xatırladaq ki, avqustun yekunlarına görə, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 4 milyard 192,5 milyon dollar təşkil edib və bu isə 8 ay ərzində 16,4% azalma deməkdir.