Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır | Banco.az

Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Mərkəzi Banka həvalə olunan “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası, eləcə də əhalinin maliyyə savadlılığı səviyyəsinin artırılması tədbirləri davam etdirilir.

Mərkəzi Bankdan banco.az-a verilən məlumata görə, mərkəzi Bank əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək məqsədilə istifadəyə vermiş Maliyyə savadlılığı portalında (www.bizimpullar.az) yeni “Elektron bankçılıq” animasiyası yerləşdirmişdir. Bu animasiya vasitəsilə banka və ya onun filiallarına getmədən distant bank xidmətləri və onun üstünlükləri, həmçinin elektron bankçılığın növləri haqqında qısa məlumat əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/78?cat=Blocks&file=0

Maliyyə savadlılığı portalından istənilən zaman kompüter, planşet və ya mobil cihaz vasitəsilə yararlanaraq iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika ilə tanış olmaq mümkündür.