Azərbaycan Mərkəzi Bankı (AMB) müasir videomüşahidə sistemləri və avadanlıqlarının alınması, eləcə də quraşdırılması məqsədilə açıq tender elan edib. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 27-nə qədər, tender təklifini və bank təminatını isə martın 9-na qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,90 ünvanına təqdim etməlidirlər.
Təkliflərə martın 10-u, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq.
Mənbə: Report.az