Mərkəzi Bank şənbə gününü banklar üçün iş günü elan edib | Banco.az

Mərkəzi Bank şənbə gününü banklar üçün iş günü elan edib

Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.

"APA-Economics" bank sektorundakı mənbələrinə istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:

Ən sərfəli kredit üçün müraciət et

"Milli Ödəniş Sisteminin İştirakçılarına. Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir. Xahiş edirik, nəzərə alasınız".

Ən sərfəli krediti almaq üçün müraciət et