Mərkəzi Bank ötən il valyuta bazarına 2 mlrd. dollarlıq alış müdaxiləsi edib | Banco.az

Mərkəzi Bank ötən il valyuta bazarına 2 mlrd. dollarlıq alış müdaxiləsi edib

2022-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş valyuta hərraclarının 80 faizində təklif tələbi üstələyib.

Bunu keçirdiyi mətbuat konfransında AMB sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov əlavə edib ki, Mərkəzi Bank valyuta bazarına alış yönümli müdaxilə edərək 2 milyard 8 milyon dollar həcmində valyuta alıb. Valyuta Dövlət Neft Fondundan deyil, banklararası bazardan və əlaqəli müştərilərdən alınıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram