Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçirmişdir | Banco.az

Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçirmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda əhalinin maliyyə savadlılığının yüksəldilməsi, rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması, bu ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat tədbirləri həyata keçirir. Bunlardan biri də Novruz bayramı ərəfəsində artıq üçüncü ildir ki, təşkil edilən “Novruz xonçası” tədbiridir. Maarifləndirici təbliğat xarakteri daşıyan tədbir 2 saylı Bakı “ASAN Kommunal” mərkəzində (Bakı Dəmir Yolu Vağzalının 2-ci mərtəbəsi) keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

         Aksiya xarakterli tədbirdə əhalinin maliyyə savadlılığına diqqətini yönəltmək üçün onlara “Büdcəmizi qurmağı öyrənək”, “Ödəniş kartları” və digər öyrədici bukletlər, maarifləndirici animasiyalarla zəngin elektron daşıyıcılar paylanmışdır və maraqlanan gənclərə Mərkəzi Bankın Virtual Təhsil Platforması (edu.e-cbar.az) haqqında ətraflı məlumat verilmişdir. 

         Mərkəzi Bank sözügedən Strateji Yol Xəritələri və Dövlət Proqramı üzrə əsas icraçısı olduğu maarifləndirmə və təbliğat işlərini genişləndirərək, hədəf qruplarına istiqamətlənmiş tədbirləri bundan sonra da həyata keçirəcəkdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et