Mərkəzi Bank: Növbəti devalvasiya ilə bağlı yayılmış xəbərlərin heç bir əsası yoxdur | Banco.az

Mərkəzi Bank: Növbəti devalvasiya ilə bağlı yayılmış xəbərlərin heç bir əsası yoxdur

Banco.az Mərkəzi Bankın məlumatını təqdim edir.

Banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur.

Mərkəzi Bank, situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcəkdir. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaqdır.

Bununla yanaşı, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır. Qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.

Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir.

Ən sərfəli krediti almaq üçün müraciət et