Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu haqqında əsasnamədə dəyişiklik edilib | Banco.az

Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu haqqında əsasnamədə dəyişiklik edilib

Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu (AİF) haqqında əsasnamədə dəyişiklik edilib. Bu barədə prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən AİF illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq prezidentə, hesabat dövrü ərzində dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin AİF-ə büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə eyni zamanda Maliyyə Nazirliyinə təqdim edəcək. Bütün bunlarla bağlı habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir.

AİF illik hesabat əməliyyat büdcəsini il başa çatdıqdan sonra aprel ayının 30-dan gec olmayaraq prezidentə təqdim edəcək.

Ən sərfəli kredit üçün müraciət et