“Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur".
Banco.az portalının “APA-Economics”in xəbərinə görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib.
E. Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, - deyə E. Rüstəmov bildirib.