Mərkəzi Bank islam bankçılığının tətbiqi ilə bağlı araşdırmalar aparır | Banco.az

Mərkəzi Bank islam bankçılığının tətbiqi ilə bağlı araşdırmalar aparır

Azərbaycanda Mərkəzi Bankı (AMB) islam bankçılığının tətbiqi ilə bağlı araşdırmalar aparır.

Bunu AMB-nin sədri Taleh Kazımov ötən gün iqtisadçı-ekspertlərlə görüşü zamanı deyib.

O bildirib ki, İslam bankçılığının tətbiqi üzrə iş gedir:"Mərkəzi Bankı hazırda islam bankçılığına ölkədə tələbatın səviyyəsi maraqlandırır. Bu sahədə araşdırmalar davam edir. Təkcə müsəlmanlar arasında deyil, həmçinin, qeyri-müsəlmanlar arasında da islam bankçılığının tətbiqi ilə bağlı təcrübə öyrənilir".

T. Kazımov müştərək sığortanın tətbiqinin hələlik gündəmdə olmadığını deyib. O qeyd edib ki, hazırda ənənəvi sığorta sahəsində görülməli işlər çoxdur. Mərkəzi Bank daha çox bu sığortanın inkişaf etdirilməsilə məşğuldur. 

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et