Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurum hərracda 100 mln. manat vəsat cəlb etmək niyyətindədir. Bu isə martın 31-də keçirilmiş hərracın büdcəsi ilə müqayisədə 2 dəfə azdır.
Xatırladaq ki, AMB-nin həmin gün keçirdiyi depozit hərracının büdcəsi də əvvəlki hərracla (martın 27-də keçirilib) müqayisədə 33,3% az olub.
Baxmayaraq ki, hər iki hərracda tələb təklifi üstələyib.
Mənbə: Report.az