Mərkəzi Bank hərracda 200 mln. manat cəlb edib | Banco.az

Mərkəzi Bank hərracda 200 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 676 mln. manat təşkil edib.

Bu barədə Banco.az AMB-yə istinadən xəbər verir.

Hərracda tələb təklifi 3,38 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.