Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının (50100456S) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-yə istinadən xəbər verilir ki, hərraca 4 investor 4 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,424 mln. manat (hərraca çıxarılmış notların 66,85%-i qədər) təşkil edib. Sifarişlər 98,8472 (14,9945%)-98,8772 manat (14,5999%) qiymətlə təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 98,8472 manat (14,9945%), ortaölçülmüş qiymət 98,8494 manat (14,9656%) müəyyən olunub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 33,424 mln. manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 26 aprel 2017-ci ildir.
Mənbə: Report.az