Mərkəzi Bank: "Gəncə Bank"ın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur | Banco.az

Mərkəzi Bank: "Gəncə Bank"ın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur

Bu yaxınlarda Milli Məclisdə "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul olundu. Ancaq bank sektorunda bir sıra zəif banklar var. Bu zəif banklar bazarın çox cüzi hissəsini təşkil edir. Əmanətçilərin 98%-i bugünkü sığorta sistemi ilə əhatə olunurlar".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

"Sağlam və perspektivi olan banklar "Əmanətlərin tam sığortalanması haqqında" qanun imzalanandan sonra 100% sığorta ilə əhatə olunacaqlar. Bank sektorunda dayanaqlığı təmin etmək üçün dövlət müvafiq proqram üzərində işləyir. Bu məqsədlə Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun nümayəndələrini ölkəyə dəvət etmişik. Ən güclü ekspertləri dəvət etmişik ki, bank sektorunu daha güclü, dayanıqlı edək", - deyə AMB sədri bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Lisenziyası ləğv olunan "Gəncə Bank" ASC-də olan əmanətlərə toxunan baş bankir deyib ki, adıçəkilən bankın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur.