Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda son 1 ildə (1 yanvar-31 dekabr 2025) avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlər 1.49 indekslə "Xalq Sığorta" və "AtaSığorta" olub.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində qeyd edilib.
Məlumata görə, siyahıda "Atəşgah Sığorta" (1.47 indeks ilə) üçüncü olub. "Meqa Sığorta" (1.26 indekslə) dördüncü olub.
Qeyd edək ki, şikayət indeksinin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
Bizi sosial şəbəkələrdən izləyin!!
