Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda AMB-nin satışa rekord məbləğdə dollar buraxması fonunda narahatlıqlar yaranıb.
Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, rekord məbləğdə buraxılan pullara həm də müxtəlif qanunvericilik baxımından nəzarət olunur:
“Kütləvi halda dollar buraxılması manatın stabil qalması üçün görünsə də, bu, devalvasiya istiqamətində hesablanmış addım da ola bilər.
Burada digər məqamlar da var. Hazırda ölkədə fəaliyyət göstərən bir çox xarici şirkətlər Qarabağda cəmləşib və orada bərpa quruculuq işləri görür. Bu, xarici valyutaya ehtiyac düşüncəsini yaradır, çünki işçilər xarici valyutada maaş alır. İkincisi, xaricdən gətirilən avadanlıqların alınması üçün xarici valyuta lazımdır.
Digər ehtimal isə COP29 bağlı ola bilər. Banklarda xarici valyuta çatışmazlığı üçün atılan addım da istisna deyil. Mərkəzi Bank çalışır ki, əldə çoxlu xarici valyuta olsun və manata təsir etməsin.
Ümumilikdə rekord məbləğdə dolların buraxılması sahibkarların xarici valyutaya ehtiyacı müqabilində atılan addım kimi qiymətləndirmək olar”.
İqtisadçı xatırladıb ki, manatın möhkəm olması həm də investorlar üçün cəlbedicidir.
Devalvasiya ehtimalları barədə danışan Rauf Qarayev hesab edir ki, bu indiki halda əlavə xərclənən pula ehtiyac yarandığı təqdirdə baş verə bilər:
“AMB manatı stabil saxlamaq üçün əlavə pul xərcləməyə məcburdur. Bu isə digər işlərin görülməsinə qismən də olsa mane olur. İstehsalatın lazımı səviyyədə olmaması, AMB-ni məcbur edir ki, riskləri nəzərdən keçirsin”.