Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib | Banco.az

Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib

Bu ilin 9 ayında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Sənəddə vurğulanıb ki, 9 ayın sonuna strateji valyuta ehtiyatları 27 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 6 dəfə üstələyib.

Eyni zamanda, strateji ehtiyatlar manatla geniş pul kütləsini 4,5 dəfə üstələyib.