Mərkəzi Bank açıq müsabiqə keçirir | Banco.az

Mərkəzi Bank açıq müsabiqə keçirir

Azərbaycan Mərkəzi Bankı Hökumət Ödəniş Portalının yeni loqotipinin dizaynı üçün açıq müsabiqə elan edir.
Bankdan verilən məlumata görə, sosial əhəmiyyətli dövlət resursuna çevrilmiş portalın media rekvizitlərinin uyğunlaşdırılması üçün loqotipinin əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur. Vergi, rüsum və digər büdcə ödənişlərinin bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalına ölkədə fəaliyyət göstərən kommunal xidməti təşkilatları ilə yanaşı, dövlət orqanları, stasionar telefon xidməti üzrə qurumlar və bir mobil telefon operatoru inteqrasiya olunub.
Portalın yeni loqotipinin dizaynının yaradılması üçün Mərkəzi Bank tərəfindən elan edilən beynəlxalq müsabiqə sentyabrın 30-dək davam edəcək və qalibə 3000 manat məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin şərtləri ilə bankın internet səhifəsində ([email protected]) tanış olmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

 

    AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et