Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan məlumat verilib.
Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 6 bank tərəfindən məcmu tələb 11,9 milyon dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.