Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının 2 səhm emissiyasını dövlət qeydiyyatına alıb.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 5 mln. ədəd qısamüddətli notdan (qeydiyyat nömrəsi 56S) və hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd qısamüddətli notdan (qeydiyyat nömrəsi 50200853S), yəni ümumilikdə 550 mln. manatlıq notdan gedir.
Qiymətli kağızların tədavül müddəti 35 gündür.