Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 30-da depozit hərracı keçirəcək.
AMB-dən verilən məlumata görə, hərrac “Bloomberg” platformasında keçiriləcək.
“Mərkəzi Bank yanvarın 30-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 150 mln. manat cəlb etməyi nəzərdə tutur”, – deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.
©APA.az