Mərkəzi Bank 10 manatlığın avadanlıqlara adaptasiyasına dair açıqlama yaydı | Banco.az

Mərkəzi Bank 10 manatlığın avadanlıqlara adaptasiyasına dair açıqlama yaydı

Azərbaycan Mərkəzi Bankı tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyasına dair açıqlama yayıb.

Açıqlamada deyilir:

"Yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin 18 mart tarixindən etibarən tədavülə buraxılmışdır. Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən yeni pul nişanlarının tədavülə buraxılmasına dair məlumatlar rəsmi elan olunduqdan sonra ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqlarının uyğunlaşdırılması (adaptasiyası) məqsədilə dövriyyəyə məhdud sayda müvafiq pul nişanları buraxılır və bu proseslər müəyyən vaxt ərzində (beynəlxalq təcrübədə 10 ayadək müddətdə) həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Mərkəzi Bank tərəfindən tədavülə 10 manatlıq əskinas üzrə ümumi dövriyyənin 0.5% həcmində yeni 10 manatlıq pul nişanı buraxılmışdır. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir. Hazırda, qeyd edilmiş təşkilatlar tərəfindən müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görülür və müvafiq sistemlərin uyğunlaşdırılmasının cari ilin may ayının sonlarınadək tam yekunlaşdırılması nəzərdə tutulur".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et