"Mercedes" mənfəətini 34 faiz artırıb | Banco.az

"Mercedes" mənfəətini 34 faiz artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mercedes-Benz”in xalis mənfəəti ötən il 34 faiz artaraq 14,8 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı “Mercedes-Benz” 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. 

Buna görə, şirkət keçən il gəlirlərini əvvəlki ilə nisbətən 12 faiz artıraraq 150 milyard avroya yüksəldib.

“Mercedes-Benz”in faiz və vergilərdən əvvəlki mənfəəti ötən il 20 faiz artaraq 20,66 milyard avroya, xalis mənfəəti isə 34 faiz artaraq 14,8 milyard avroya çatıb.

Şirkətdən bildirilib ki, mənfəətin artımı “xərclərə ciddi nəzarət”lə yanaşı, daha yüksək mənfəət marjasına sahib “Maybach” kimi avtomobillərin satışının artması ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et