Mercedes idarə edənlər, avtomobilinizin adının və loqosunun mənasını bilirsizmi? | Banco.az

Mercedes idarə edənlər, avtomobilinizin adının və loqosunun mənasını bilirsizmi?

“Mercedes” Almaniyanın və dünyanın aparıcı avtomobil istehsalçısıdır. Şirkət qurulduqdan bəri onun loqosu bir neçə dəfə dəyişib. Amma havanı, suyu və torpağı simvolizə edən üçguşəli ulduz loqoların demək olar ki, bütün variantlarında əks olunub. Bu simvolun necə yaranması haqqında danışacaq:

Şirkətin qurucusu Karl Benz hələ “Deutz” mühərrik fabrikində işlədiyi illərdə evinin üstünə bir ulduz emblemi qoyur. Həyat yoldaşına yazdığı məktubda isə bildrir ki, bir gün bu ulduz uğurun və gücün təmsilçisi olacaq və onun fabrikinin simvoluna çevriləcək. Həmin ulduz nəqliyyat vasitələrinin  "quruda, suda və havada" universallığını simvollaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkətin qurucusu Karl Benz böyük qızı Mersedesin adını öz şirkətinə verib. 

Maraqlananalar üçün “AMG” obreviaturasını da açıqlayırıq: “AMG” modifikasiya şirkəti Hans-Werner Aufrecht və Erhard Melcher tərəfindən Großaspach qəsəbəsində qurulub. Göründüyü kimi şirkətin adı da qurucuların soyadları və qəsəbənin adının baş hərflərinin birləməsindən ibarətdir - Aufrecht Melcher-Großaspach. 

Ted.az