Mercedes BMW X6 üçün rəqib hazırladı | Banco.az

Mercedes BMW X6 üçün rəqib hazırladı

Mercedes-Benz yeni GLE Coupe adlı krossoverini təqdim etdi. Yeni avtomobilin rəsmi debütü 2015-ci ilin yanvarında, Detroyt şəhərində, avtosalonda baş tutacaq. Bu barədə Daimler AG konserninin mətbuat xidmətinə istinad edən Banco.az məlumat verir.

Avtomobil M-Class bazasında qurulub. Onun qabarit ölçüləri – uzunluğu 4,9 metr, eni 2,04 metr, hündürlüyü isə 1,73 metrdir. Təkər bazasının ölçüsü isə 2,91 metr tşkil edir.

Avtomobil üç versiyada təqdim edilib: dizel  GLE 350d – 258 at gücündə və 2 ədəd benzinlə işləyən GLE 400 ( 333 at gücü) və GLE 450 AMG Sport ( 367 at gücü). GLE əsasən bazarda BMW X6 ilə rəqabri zət aparacaq. Qabarit ölçülərinə və zahiri görünüşünə görə, o məhz rəqibini xatırladır.

Ən sərfəli kredit üçün müraciət et

“Mercedes-Benz”in yeni idman krossoveri üzərində işləməsi haqqında məlumat hələ ötən ilin oktyabr ayında mətbuata sızmışdı. Belə gözlənilirdi ki, “Mercedes-Benz”in krossoverinin qiyməti 50 min dollar civarında olacaq.  

Ən sərfəli krediti almaq üçün müraciət et