“Mercedes-Benz”in xalis mənfəəti 2 dəfə azalıb | Banco.az

“Mercedes-Benz”in xalis mənfəəti 2 dəfə azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Alman avtomobil istehsalçısı “Mercedes-Benz” 2024-cü ilin üçüncü rübündə bazar tələbinin zəifləməsi, eləcə də daha sərt rəqabət fonunda xalis mənfəətini iki dəfədən çox azaldıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, avtomobil əməliyyatlarının gəlirliliyi bir il əvvəlki 12,4%-dən 4,7%-ə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

“Mercedes”in üçüncü rübdə xalis mənfəəti ötən ilin eyni dövründəki 3,72 milyard avrodan 1,72 milyard avroya düşüb. Gəlir isə 7% azalaraq 34,53 milyard avro təşkil edib.

Sərnişin avtomobilləri istehsal edən “Mercedes-Benz Cars” bölməsindən əldə olunan gəlir ötən rübdə 6% azalaraq 25,6 milyard avroya, yüngül yük maşınları istehsal edən “Mercedes-Benz Vans” həmçinin 6% azalaraq 4,66 milyard avroya düşüb. “Mercedes-Benz Mobility” bölməsindən əldə olunan gəlir 5% azalaraq 6 milyard avro təşkil edib.

Qeyd edək ki, “Mercedes-Benz”in səhmləri cümə günü ticarətdə 2% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 8,6% azalıb.

Ən sərfəli krediti almaq üçün müraciət et