“Mercedes Benz və ağ canavar iti Loki” nin marketinq hekayəsi | Banco.az

“Mercedes Benz və ağ canavar iti Loki” nin marketinq hekayəsi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Marketinq məhsul və ya xidmətinizi hansı bazara və necə çıxaracağınızdan tutmuş onun satışa hazırlanmasını, satış və reklam kanallarını, irəliləmə vasitələrini, nəticələrin monitorinqini, bazara uyğun təkliflərin hazırlanmasını, təkminləşdirilməsini, müştərilərin cəlb edilməsini və onların əldə saxlanılmasını, müştəri bazasının yaradılmasını və bu kimi digər etapları müəyyən edir.

Ən çox tanınan marketinq texnikalarından biri də “Influencer Marketing”dir.

Banco.az “Influencer Marketing”texnikasında sınanmış “ Mercedes Benz və sevimli it Loki” adlı təcrübəni oxucularına təqdim edir:

Mercedes Benz-in sevimli ulduz simalarından olan Loki adlı itin sahibi Kelly Lund tez-tez İnstagram hesabında itinin fotolarını paylaşırmış.

Bu fotolar o qədər diqqət cəlb edir ki, Kelly şəxsi səhifəsinin Lokinin səhifəsinə çevirir. Kelly Lund tərəfindən idarə olunan Loki profili və təbiətdəki fotoşəkilləri böyük diqqəti cəlb edir. Marketinq  istifadəsinin ən müvəffəqiyyətli nümunələrindən biri olan Loki və sahibi Kelly Lund təbiətdə  il boyu müxtəlif fotolar və videolar çəkiblər. Geniş kütlənin bu marağını kəşf edən Mercedes Benz 2016-cı ildə Loki ilə reklam çəkir.

2017-ci il Mercedes GLS modelində Koloradonun qarlı dağlarında reklam çəkilişi baş tutur. Kampaniya video, fotoqrafiya və virtual reallığın birləşməsindən ibarət idi.

Ən sərfəli kredit üçün müraciət et

İki dəqiqə davam edən reklam həm 2D versiyada, həm də brauzer və ya virtual reallıq cihazından izlənilə bilən 360º versiyada mövcuddur.

Nəticədə ortaya çıxan kadrlar həqiqətən sehrli idi.  Kampaniya göstərmək istəyirdi ki, Lokinin arxasınca gedən insanların Mercedesi var.

Benz öz müştəri potensialına yaxın bir profil yaratmışdı.  Lokinin profilini əks etdirən reklam çarxında  belə bir görüntü həm avtomobilə, həm də itə rəğbəti artırmışdı.  

Lokinin 2 milyondan çox izləyicisi var . O, Mercedes Benz-in İnfluencer siması kimi  bir çox çəkilişlərdə istifadə olunub.

Loki-dən istifadə strategiyası brend üçün əla nəticələr verdi. Kampaniyanın Instagram hesabı 173 milyon təəssürat, 2,3 milyon qarşılıqlı əlaqə və 4 milyon dollar qazanılmış media yaratdı.

Bu kampaniya bir neçə səbəbə görə işlədi. Birincisi, Mercedes virtual reallıq (VR) texnologiyasının artan populyarlığından istifadə etdi və izləyicilərinə qarda Loki ilə yarışmağa icazə verərək təsirli və ürəkaçan təcrübə təqdim etdi.  İkinci məsələ o idi ki, insanlar bu sevimli canavar iti ilə birbaşa təmasda olmuş qədər özlərini rahat hiss edir və azad həyatın, yaşayış tərzinin dadını duyurdular.

Loki  sayəsində yüksək səviyyəli marketinq imkanı qazanan avtomobil şirkəti, yaradıcı işlərin İnstaqramdan kənara çıxa biləcəyinə və hekayələr kimi danışıla biləcəyinə yaxşı bir nümunə göstərdi.

Ən sərfəli krediti almaq üçün müraciət et