«Meqa Sığorta»nın da vəziyyəti MƏLUM OLDU | Banco.az

«Meqa Sığorta»nın da vəziyyəti MƏLUM OLDU

«Meqa Sığorta» şirkəti 2018-ci il üzrə hesabatını açıqlayıb. Ötən il şirkətin əməliyyat gəlirləri 26 milyon 316,3 min manat, əməliyyat xərcləri 17 milyon 482,7 min manat təşkil edib. Gəlirlərin 25 milyon 571,2 milyon manatını sığorta haqları, 197 min manatını təkrar sığorta haqları, 513,5 milyon manatını təkrar sığorta müqavilələri üzrə komissiya haqları təşkl edib.

Ötən il «Meqa Sığorta» 2,5 milyon manat investisiya gəliri, 134,7 min manat subroqasiya gəliri əldə edib.

Şirkətin xərclərinin cəmi 3 648 min manatı sığorta ödənişlərinə sərf edilib. Xərclərin 13 milyon 541 min manatı təkrar sığorta haqlarına sərf edilib. Ötən il «Meqa Sığorta»nın inzibati xərcləri 3 575 min manat təşkil edib.

Nəticədə «Meqa Sığorta» 2018-ci ili 5 milyon 945,9 min manat mənfəətlə başa vurub. 1 milyon 189 min manat mənfəət vergisini də nəzərə aldıqda şirkətin xalis mənfəəti 4 milyon 756,7 min manat təşkil edib.

2018-ci ildə «Meqa Sığorta»nın uzunmüddətli aktivləri 12.2% artaraq 14 milyon 121 min manat, qısamüddətli aktivlər isə 23,7% artaraq 28 milyon 369,2 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il şirkətin nizamnamə kapitalı dəyişməyib (14,5 milyon manat), əvəzində cəmi kapitalı 1,8 milyon manat azalaraq 23 milyon 843 min manata düşüb.

Eyni zamanda ötən ilin nəticələrinə görə, «Meqa Sığorta»nın uzunmüddətli öhdəlikləri təqribən iki dəfə artaraq 18,2 milyon manata, qısamüddətli öhdəlikləri isə 16% artaqaq 435,4 min manata yüksəlib. Nəticədə şirkətin ümumi öhdəlikləri 18,7 milyon manat təşkil edib.

Fed

Ən sərfəli krediti almaq üçün müraciət et