"Meqa Sığorta" hesabatını açıqladı: MƏNFƏƏTDƏDİR | Banco.az

"Meqa Sığorta" hesabatını açıqladı: MƏNFƏƏTDƏDİR

"Meqa Sığorta" şirkəti 31 dekabr 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Belə ki, sözügedən tarixə şirkətin cəmi aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 12,6% və ya 5,121 mln. manat azalaraq 35,521 mln. manat olub. Aktivlərin 12,585 mln. manatını uzunmüddətli aktivlər, 22,936 mln. manatını isə qısamüddətli aktivlər təşkil edir.

Şirkətin öhdəlikləri hesabat dövrünün əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna 2,359 mln. manat azalaraq 9,474 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

"Meqa Sığorta"nın kapitalında da azalma müşahidə olunub. 2017-ci ilin əvvəli ilə müqayisədə kapitalın həcmi 9,4% azalaraq 25,671 mln. manat olub. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 14,5 mln. manatdır.

2017-ci ilin sonuna şirkətin cəmi gəlirləri 20,108 mln. manat, cəmi xərcləri isə 13,897 mln. manat təşkil edib. Nəticədə, sığorta şirkəti ötən ili 4,969 mln. manat mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et