Mənzilinizi niyə sığortalamırsınız? | Banco.az

Mənzilinizi niyə sığortalamırsınız?

Ölkədə mənzil sığortasına maraq çox azdır. Bəs, bu sığorta növü mülk sahibinə hansı üstünlüklər verir?

Hər gün və mütəmadi olaraq insanların yanğından, qaz partlamasından, sürüşmədən və digər təbii fəlakətlərdən ziyan çəkdiyi barədə müxtəlif məlumatlar eşidirik. 

Baş verən bu hadisələr zaman və məkan fərqinin ayırmasına baxmayaraq bütünü bunları eyni nəticə birləşdirir - vətəndaşa dəymiş külli miqdarda maddi ziyan.

Təbbi fəlakətlər istisna olmaqla, digər hadisələrə görə vətəndaşın əmlakına dəymiş ziyan nadir hallarda qarşılanır. Bu isə təbiidir. Çünki hazırki Azərbaycan reallığında əmlak sığortalamaq çoxlarının maraq dairəsindən kənardı.

Halbuki 2011-ci ilin dekabrından “İcbari sığortalar haqqında” qanunun icrasına başlanılıb. Amma nədənsə, avtomobil sığortasi ilə müqayisədə mənzil sığortasına maraq və onun icrasında problemlər hələ də qalmaqdadır.

Statistikaya inansaq, ölkə üzrə sığorta müqavilələrin 15-20 faizi mənzillərlə bağlıdır. Yaşayış evlərinin və mənzillərin icbari sığortası ilə bağlı ödənişlər şəhər və rayonlar üzrə müxtəlifdir.

Belə ki, illik sığorta haqqı Bakıda 50, o biri şəhərlərdə 40 manat təşkil edir. Digər yaşayış məntəqələrində isə sığorta məbləği 30 manat civarındadır.

“Sığorta məbləği, yəni sığorta şirkətinin maksimal sığorta xətti 25 min manatdır. Hansı hallarda sığorta ödəniş edilə bilər. Belə ki, təbii fəlakətlər və yanğın zamanı sığorta şirkəti mənzilə dəyən ziyanı ödəməyə öz üzərinə götürür”, – deyə sığorta işçisi Hidayət Əzimov bildirdi.

Ekspertlərin fikirinə görə, sığorta olunan mənzillərin böyük əksəriyyəti alqı-satqı zamanı qeydə alınır. Bu da sığorta bazarına öz mənfi təsirini göstirir.

Ekspert Xəyal Məmmədxanlı yaranan problemdə hər iki tərəfin günahkar olduğu qənaətindədir. Amma başlıca problem vətəndaşların sığorta şirkətlərinə inamsızlığından qaynaqlanır.

Ona görə də insanlar min bir əziyyətlə qurub-yaratdıqları evin sığortası barədə ciddi düşünsələr daha yaxşı olar. Ən azından sonradan peşimançılıq hissi keçirməmək üçün.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et