Mənzil sığortası - təhlükəsiz yaşam ! | Banco.az

Mənzil sığortası - təhlükəsiz yaşam !

Yaşadığınız mənzilin təhlükəsizliyini necə təmin etməli?

Mənzilinizin yanğın, subasma, zəlzələ və başqa təbii fəlakətlər nəticəsində zərərə uğraması müddəti onun təkrar bərpasına sərf ediləcək vaxtdan çox azdır. Həmçinin evinizin təkrar əvvəlki vəziyyətinə qayıtması üçün kifayət qədər pula da ehtiyacınız olacaq. Lakin eviniz sığortalandığı halda baş vermiş hadisələrin nəticəsi daha yaxşı ola bilər. İnsanların evlərini sığortalamamasına bir sıra faktlar səbəb ola bilər. Bu haqda insanların ətraflı informasiyaya sahib olmaması və ya sığorta ödənişləri üçün maliyyə çatışmazlığı bu səbəblər sırasındandır.

Bəs daşınmaz əmlakı necə sığortalamaq olar?

Daşınmaz əmlakın sığortalanması zamanı ilk öncə onun real bazar qiymətini öyrənmək tələb olunur. Bu işlə müvafiq sığorta şirkətinin eksperti məşğul olur. Sığorta eksperti evin rəsimlərini çəkir və qiymətləndirilməsi üçün uyğun şöbəyə göndərdikdən sonra hər iki tərəfin nəzarəti altında qiymətlər dəqiqləşdirilir. Razılaşdırılmış məbləğ ilə mənziliniz sığortalanır.

Hansı hallarda sığorta xidmətindən istifadə edə bilərsiniz?

Ən sərfəli kredit üçün müraciət et

  • Yanğın, ildırım vurma, partlayış
  • Zəlzələ, yer sürüşməsi, subasma, fırtına
  • Yaşayış yerlərinə zorla daxil olma, oradan çıxma əlamətləri ilə müşayiət olunan oğurluq halları
  • Suyun vurduğu ziyan
  • Üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri və s.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif sığorta şirkətləri vardır ki, daşınmaz əmlakın sığortalanmasını təklif edirlər. Sığorta haqqı təklif şəklində təqdim olunan məlumat və eləcə də sığorta əməkdaşları tərəfindən sığortalanması üçün təklif edilən əmlaka keçirilən baxış əsasında müəyyənləşdirilir. Sığorta haqqı sığorta məbləğinin müəyyən faizini təşkil edir, yəni sizin sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sığorta şirkətinə ödədiyiniz pul məbləğidir. Belə ki, Bakıda əmlakın sığorta məbləği 25 000 AZN, icbari sığorta haqqı 50 AZN təşkil edir. Lakin bu məbləğ evinizin harada yerləşməsindən asılı olduğu kimi, bazar qiymətlərinin təsiri ilə də dəyişə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et