Mənzil alarkən ən çox nəyə diqqət yetirməliyik? | Banco.az

Mənzil alarkən ən çox nəyə diqqət yetirməliyik?

Mənzil alarkən ən çox nəyə diqqət yetirməliyik? 

Mənzilin yerləşdiyi mərtəbə, təmirlik səviyyəsi, otaqların rahat planlaşması, mənzərəsi və bu kimi digər amillər uğurlu mənzil alışının 10-luğuna düşənlərdir. Ancaq mənzil alışında onun yerləşdiyi binanın istiqamətinə fikir verməyi bəzən unuduruq. 

Əmlak eksperti Fərid Rüstəmov Banco.az izləyicilərinə mənzil alarkən özləri ilə aparmalı olduqları ilk alət - kompas olduğunu tövsiyə edir. Onların fikrincə cəhətlərə görə binanın yerləşməsi uğurlu mənzil alışının öndə duran parametrlərindəndir.

Bəs ekspert hansı istiqamətdə inşa edilmiş binadan alınan mənzilin daha uğurlu olmasını tövsiyyə edir?  

Ən sərfəli kredit üçün müraciət et

"Fasadı Şərq istiqamətinə baxan binaların mənzilləri daha uğurlu sayılır. Belə ki, gündoğan istiqamətinə baxan mənzillər yayda sərin, qışda quru olur ki, bu da mənzilin təmirliyinin daha davamlı olmasına xidmət edir. 

Cəhətlərə görə ən sonuncu yerdə fasadı Cənuba baxan binaların mənzilləridir. Bu mənzillər yayda qızmar (gün doğandan batanadək şüası mənzilin daxilinə düşür), qışda isə rütubətli olur. Hətta yaxşı izolə edilməyən mənzillərin divarı qışda su qabarcıqları ilə örtülü olur ki, bu da mənzilin təmirliyinin davamlığını aşağı salır, hətta divarlarda kif qatının əmələ gəlməsinə səbəb olur." 

Ən sərfəli krediti almaq üçün müraciət et