Menecerlərə ipucu: "İki sualla prioritetləri bil" | Banco.az

Menecerlərə ipucu: "İki sualla prioritetləri bil"

Əgər çalışdığınız menecer, sizə məsləhət vermirsə, işinizdə nəyin prioritet olmasını müəyyən etmək sizin öhdəliyinizə düşür. Özünüzə bu iki sualı verməklə, düzgün şeylərdə fokuslana bilərsiniz: “Mənim ən böyük töhfəm (contributioon) nədir?” Təşkilatın ehtiyacını və öz unikal güclü tərəfləriniz, təcrübəniz və qabiliyyətinizi nəzərə alın. Amma sadəcə yaxşı bacardığınız işlərdə fokus olmayın. Həm də özünüzdən soruşun: “Mənim ən böyük ehtirasım nəyədir?”.  Sizi ən çox həvəsləndirən, qəlbinizi alovlandıra biləcək layihələr və tapşırıqlar haqqında düşünün, hansındakı siz gerçəkdən çox böyük təsirə malik olarsınız.  Bu sizi həmişə daha çox əzmkarlıq və səy göstərməyə fokus edəcək.

Məqsəd odur ki, sizi ən çox şövqləndirən və ən yüksək kontribusiyaya səbəb olan tapşırıqları prioritet siyahısının ilk pilləsinə gətirəsiniz. Gündəlik rutin, az dəyər yaradan və ya az enerji istehsal edən fəaliyyət növlərinə, elektron məktublara və iclaslara isə “yox demək” və ya onları digərlərinə ötürmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: The Management Tip of the Day from Harvard Business Review

Könül Soltanova, Banco.az