Əgər həmkarınıza kömək edə bilmirsinizsə, Səbəbini izah edin
Bəzən iş yoldaşlarının və ya müdirin xahişini geri çevirmək çətin məsələdir, xüsusən də əgər siz həmin insanın xətrinə dəyməkdən və ya məyus etməkdən narahatsınızsa. Amma “xeyr” cavabı şəxsi münaqişə kimi görünməli deyil. Özünüzü iş yoldaşınızın yerinə qoyun, indi o, tapşırığı yerinə yetirmək üçün zaman ayırmalı və ya onun icrasını öz üzərinə götürəcək başqa bir insan tapmalıdır. Əgər siz nəyə görə “yox” dediyinizin səbəbini açıqlasanız, onda sizin həmkarınız həmin cavabı daha asan qəbul edəcək və etiraz etmək də daha çətin olacaq. Sizin daha öncədən də kifayət qədər çox işiniz ola bilər və ya siz hiss edirsiniz ki, həmin işi lazımı qaydada yerinə yetirə bilmməyəcəksiniz. Səbəb nə olsa belə, dürüst, nəzakətli və bir-başa olun, sözü uzatmayın.
Mənbə: The Management Tip of the Day from Harvard Business Review
Könül Soltanova, Banco.az