"Mən də öz pullarımı bizim bankda saxlayıram" | Banco.az

"Mən də öz pullarımı bizim bankda saxlayıram"

NIKOYL|Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamazanın müsahibəsi.

Hazırda əhali getdikcə daha çox banklarda əmanətlərini saxlamağa şübhə ilə yanaşırlar. Buna devalvasiya kimi, Bankların bazarda olan salsılmış  vəziyyəti də səbəb oldu. Bugün, NİKOYL  Bank-a və ümumilikdə banklara güvənmək olarmı?

Bilirsinizmi, özünü tərifləmək və sinəsinə döyərək bizim bankın nə dərəcədə güvənli  və etibarlı olmasını kiməsə göstərmək, mənim tərəfimdən biraz gülməli  olardı. Buna görə də, mən çalışacam ki, güclü arqumentlər verim. Özümüzü, komandamızı  tərifləməyi düzgün hesab etmirəm.

Komandaya yox, bankın səhmdarlarına  baxmaq lazımdır. Nə dərəcədə onlar imkanlı, siyasi və iqtisadi dayanıqlıdırlarsa, o qədər də bankın gələcəyi dayanıqlıdır. Bizim bankın əsas səhmdarı, Lukoyl şirkətinin Prezidenti VahidYusif oğlunu Ələkbərovu oxuculara təqdim etməyə ehtiyac yoxdur. Bu insan dünya səviyyəsində tanınan və sayılan iş adamlarındandır. Öz şirkətini o sıfırdan yaratdı və neftin əldə olunması və emalı üzrə dünya liderləri sırasına gətirdi. Sualın bu hissəsində rəylərə ehtiyac yoxdur. Səhmdarlar texnologiyalarla, məsləhətlərlə və resurslarla kömək etməklə, bizim müraciət  və xahişlərimizə diqqətlə yanaşırlar.

Biz, 2 – 4 ildən sonra effektiv işləməyə başlayan gələcəyin texnologiyasına investisiya yatırırıq. Biz buna inanırıq və təyin olunmuş plana əsasən addımlayırıq. Bütün bazardakı dəyişkənliyə və dünyada müşahidə olunan qeyri-sabitliyə baxmayaraq, biz texnologiya və yeniliklərə üstünlük verərək, bankın inkişaf strategiyası istiqamətində çalışırıq. Biz yeni satış məntəqələri açırıq və hazırda fəaliyyət göstərənləri təkmilləşdiririk.

Mərkəzi Bank sərt şəkildə normativləri izləyərək və banklara dəstək göstərərək Bank sektorunu ciddi nəzarətda saxlayır. Dediyim kimi, dövlət fondları AİF və SKMF, bizim kreditləri 11,5 mln. AZN dəyərində maliyyələşdirdi və daha 12,5 mln. AZN  təqib üçün bizə ötürmüşdür.

Bu Sizcə nədən bəhs edir?

Və nəhayət ki, bizim bütün İdarə heyətinin üzvləri kimi mən də öz pullarımı bizim bankda saxlayıram. Biz ona güvənirik.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlərin artımı bu il üçün 19 mln. manata yaxın təşkil edir, bu da ümumi müddətli əmanət üzrə 200 mln. manata yaxınlaşır.

Bugün, güvən faktoru çox şey ifadə edir. Əmanətçilər arasında panika yaradmaqlaİstənilən bankı, onun nə dərəcə dayanıqlı olmasından asılı olmayaraq, zəiflətmək mümkündür. İSTƏNİLƏN, çünki borcalanlar üçün müddətli əsasla yerləşən bütün pullar əmanətçilər və səhmdarlar  üçün işləyir. Onları eyni vaxtda geri qaytarmaq mümkün deyil, çünki konkret geri qaytarma vaxtı ilə fəaliyyət göstərən kredit müqavilələri  mövcüddür. Bəli, sabitlikdə marağı olan səhmdarlar, Əmanətlərin Müdafiə Fondu, Mərkəzi Bank mövcuddur. Lakin, daha çoxu sizinlə birlikdə bizdən, bizim qarşılıqlı anlayışımızdan və məsuliyyətimizdən - əməkdaşlardan, əmanətçilərdən və sadəcə bankın müştərilərindən asılıdır.

Biz öz müştərimizə inanırıq, çətin suallardan yan keçmirik, heç bir sualı və müraciəti cavabsız qoymuruq. Bizim kabinetlərimizin qapıları sualları və şübhəsi olan hər kəs üçün açıqdır.

Yeri gəlmişkən, uzun illər ardıcıl olduğu kimi, 5 dekabrda, biz VİP müştərilərimiz  üçün əvvəlki illərdə olduğu kimi, caz stilində ənənəvi  VİP gecəsi  keçiririk. Bu dəfə bizim qonaqlarımız maestro Vaqif Gərayzadənin rəhbərliyi  altında valehedici kollektiv və mənim dostum Emil Afrasiyab olacaq...

Mən Azərbaycanda keçən 10 il üçün taleyimə minnətdaram. Burada mənim uşaqlarım doğulub, burada mənim yeni dostlarım yaşayır. Və bizim hamımız bu ölkə ilə, qürurlu adı Azərbaycanla fəxr edirik!

NIKOYL|Bank insanların güvəndiyi brenddir 

"10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik"

Ən sərfəli krediti almaq üçün müraciət et