NIKOYL|Bank insanların güvəndiyi brenddir | Banco.az

NIKOYL|Bank insanların güvəndiyi brenddir

Vasiliy Xamaza: «NIKOYL|Bank bugün – güvənilən bankdır»

NIKOYL|Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamazanın müsahibəsi.

Vasiliy Viktoroviç, bilirik ki, bu ay Sizin Azərbaycanda NİKOYL / Bank-a rəhbərlik etməyinizin 10 ili tamam olur. Deyə bilərsinizmi, bu illər Sizin və Bank üçün necə olub, bu illər ərzində nələr dəyişib? NİKOİL|Bank-ın keçən il 20 illik yubileyini qeyd etdiniz, belə bir  gənc bank sistemi üçün bu müddət əhəmiyyətlidir. Siz, Bankın bazarda yerini və brendin özünü necə qiymətləndirirsiniz?

Həqiqətən, Bank bu illər ərzində böyük yol qət edib. Mən banka gələndə bankın valyuta balansı cəmi 18 mln.manat təşkil edirdi, işçi heyəti isə 50 nəfərdən bir az çox idi. Kabinetimdə döşəmədə dayananda  tavana əlim çatırdı. Bugün isə Bank peşəkar  hazırlanmış 700-dən artıqəməkdaşdan ibarət komandadan, 2013-cü ildəsəhmdarlarımız tərəfindən açılışı baş tutan müasir Mərkəzi Ofisdən, VİP müştərilər üçün PRİVATE|Bank şöbəsindən və Bakıda və Azərbaycanda yerləşən 21 filialdan ibarətdir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Bankları arasında əsas göstəricilərə görə ilk 15-liyə daxil oluruq.

Əsas rəqabət üstünlüyümüz bizim dəyərlərimizdir. Biz dürüst, siyasiləşməyən, tamamilə bazar biznesi həyata keçiririk, aktiv şəkildə xeyriyyəçiliklə məşğul oluruq, sosial məsuliyyət,  mənəvi yyat və sağlam həyat tərzini nəinki kollektiv arasında, həmçinin müştərilər arasında da aşılamağa çalışırıq. Bizim Dənizkənarı  Milli parkda, əməkdaşlarımız və müştərilərimiz üçün olan Yeni İl Kross qaçışımız ənənə halı almışdır, alpinist təlim toplanışları və alpinizm üzrə bank əməkdaşlarından ibarət komandamızın zirvələrə qalxması müntəzəm  hala çevrilib, yaxtaçılarımızın reqatası, futbol  yarışlarında iştirak, xəstə uşaqlara, korlar cəmiyyətinə xeyriyyə ziyarətlərimiz, idmançılara, musiqiçilərə, rəssamlara, 2-ci Dünya və Qarabağ müharibəsi veteranlarına dəstək, talassemiyadan əziyyət çəkən xəstələrə qanvermə üzrə kütləvi aksiyalar... Bilirsiniz, ən önəmli, xoş olan nədir? Bu aksiyalara, zirvələrdə və futbol döyüşlərində tökülən tərlərə, xəstə uşaqlar üçün ayrılan zamana, verilən qanlara görə biz pul ödəmirik və aksiyalara əməkdaşlarımızı “çubuqla qovmuruq”. İnsanlar səmimi qəlbdən köməyimizə ehtiyacı olanlar, doğma və yaxınları, dövləti və növbəti zirvəyə qaldırdıqları bayraq  qarşısında öz məsuliyyətlərini dərk edirlər. Bununla da, bizim tərəfdaşlarımızın sayı hər il artır. 31 dekabr, saat 10.00-da Dənizkənarı Milli parka – keçmiş paraşüt qülləsinə gəlin və siz mənim sözlərimə əmin olacaqsınız!

Ən sərfəli kredit üçün müraciət et

Brend üzrə isə - o, yetərincə tanınandır. O, insanların güvəndiyi brenddir. Biz indi qəti şəkildə məhkəmə vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən, öz şəxsi fikirlərinə, şaiyələrə, yoxlanılmamış əsassız məlumatlara və yaxud  əsassız qisas məqsədi ilə bizim Banka  KİV-də qara yaxmağa çalışanlara qarşı tədbirlər görürük. Biz bu izləməni davam etdirəcəyik. Bu nə qədər sərt görünsə də, real mənbələrə əsaslanmamış, yoxlanılmamış fərziyyələrin mətbuatda yayılmasını və belə onsuzda asan olmayan zamanda gərəksiz narahatçılığın yaranmasına qarşı olacayıq. Bugün banklar haqqında yoxlanılmamış məlumatlarla bağlı yüksək dərəcədə ehtiyatlı olmaq lazımdır. Belə ki, bu məsələlərin  əsasən  sosial əhəmiyyəti nəzərə alınmalıdır. Eynilə, bu şəkildə banklar da ümumi-iqtisadi vəziyyətin fəsadları və manatın devalvasiyası nəticəsində kredit ödəmələrində çətinlik çəkən müştərilərə dəstək üçün müxtəlif yollar axtarmalıdır. 

"10 ay ərzində təxminən 6 mln. manat gəlir əldə etmişik"

"Mən də öz pullarımı bizim bankda saxlayıram"

Ən sərfəli krediti almaq üçün müraciət et