Məhsuldar süni intellektə investisiyalar 4 milyard dollara yaxınlaşıb | Banco.az

Məhsuldar süni intellektə investisiyalar 4 milyard dollara yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Məhsuldar süni intellektə investisiyalar 3,9 milyard dolları ötüb.

Banco.az xəbər verir ki, ABŞ-ın Sietl şəhərində yerləşən bazar və məlumat araşdırması şirkəti olan “PitchBook”un məlumatına görə, 2024-cü ilin üçüncü rübündə vençur kapitalistləri 206 sövdələşmə üzrə məhsuldar süni intellekt startaplarına 3,9 milyard dollar sərmayə qoyublar.

Bu investisiyaların 2,9 milyard dolları 127 müqavilə vasitəsilə ABŞ-da yerləşən şirkətlərə yönəldilib.

Qeyd edilib ki, sözügedən rüblük investisiya nəticəsi “OpenAI”nin 6,6 milyard dollarlıq investisiya dövriyyəsini əhatə etmir.

Üçüncü rübün əsas qalibləri arasında kodlaşdırma köməkçisi “Magic” avqustda 320 milyon dollar, müəssisə axtarış provayderi “Glean” sentyabrda 260 milyon dollar və biznes analitik firması “Hebbia” iyulda 130 milyon dollar toplayıb.

Ən sərfəli kredit üçün müraciət et

Çinin “Moonshot AI” şirkəti avqust ayında 300 milyon dollar toplayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram