Mediasiya xidmətinə görə haqq və xərclər müəyyənləşib | Banco.az

Mediasiya xidmətinə görə haqq və xərclər müəyyənləşib

Nazirlər Kabineti "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"ni təsdiq edib.

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat mediasiya haqqı müəyyən olunub. İqtisadi mübahisələr üzrə iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 501 manatdan 1.000 manatadək olduqda 40 manat, iddia qiyməti 1.001 manatdan 5.000 manatadək olduqda 60 manat, iddia qiyməti 5.001 manatdan 10.000 manatadək olduqda 100 manat, iddia qiyməti 10.001 manatdan 50.000 manatadək olduqda 200 manat, iddia qiyməti 50.000 manatdan çox olduqda 400 manat mediasiya xidməti üzrə xidmət haqqı tutulacaq.

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. Bu Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Mediasiya sığortaçılarla zərərçəkmiş şəxslər arasında barışdırıcı funksiyanı yerinə yetirəcək bir mərhələ olaraq qəbul edilir. Mediasiya institutu hələ qədim Babildə, Roma (Justinian əsərləri ilə tanınmış, ilk vaxtlar medium, interpres kimi adlanmışdır) və Yunanıstanda ailə münaqişələri zamanı barışdırıcılıq üçün tətbiq edilmişdir. Mediatorlar tarixən yalnız yüksək savada və istedada malik şəxslər sırasından seçilmişdir. Mediasiya müasir dövrdə münaqişənin alternativ həlli (Alternative dispute resolution) üsulu kimi qəbul olunur. Qonşu Rusiyada 27.07.2010-cu il, Türkiyədə isə 22.06.2012-ci il tarixli qanunla mediatorlar müstəqil ixtisas sahibləri kimi tanınmışdır.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et