“Media Consulting and Services” agentliyinin media monitorinq qrupu sektor üzrə məlumatların ümumi sayına görə Azərbaycan banklarının ilk beşliyini açıqlayıb. Şirkətin sosial şəbəkədə yayımladığı və cari ilin 2 avqust tarixinə olan məlumata əsasən, reytinqə Azərbaycan Beynəlxalq Bankı liderlik edir.
Beləliklə, 2 avqust tarixinə əsasən, banklar haqqında mətbuatda dərc olunan xəbərlərin sayı və bankların ardıcıllığı aşağıdakı kimidir:
Azərbaycan Beynəlxalq Bankı – 334
Kapital Bank – 256
Unibank – 256
DəmirBank – 215
Bank of Azerbaijan - 197