"Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır" - Siyavuş Novruzov | Banco.az

"Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır" - Siyavuş Novruzov

"Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul etdik. Ancaq indiyə qədər bu sahədə dəyişiklik yoxdur". 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. 

"Həmin məntəqələrdə 3-9 min adam çalışırdı, evinə çörək aparırdı. Bu biznesi da kimsə inhisara alıb. Bu məsələyə aydınlıq gətirilməlidir", - o qeyd edib. 

Bundan başqa, Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı məsələyə də aydınlıq gətirilməlidir. "Seçicilərlə görüşdə kreditlərlə bağlı məsələlər qaldırılır. İstərdim ki, bu məsələ ciddi araşdırılsın. Burada hesabat verilsin ki, nə qədər insan krediti fermer təsərrüfatı üçün, nə qədər insan maşın almaq üçün götürüb. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Müxtəlif kateqoriyalı insanlar bu prosesdə nəzərə alınmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, amma problem həll olunmamış qalır". 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et