Məcburi köçkünlərə aylıq müavinətin verilməsi qaydası dəyişə bilər | Banco.az

Məcburi köçkünlərə aylıq müavinətin verilməsi qaydası dəyişə bilər

"Qaçqınkom" məcburi köçkünlərə aylıq müavinətin verilməsi qaydasında dəyişikliklər edilməsi üçün təkliflər hazırlayır"

Bunu  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini, vahid aylıq müavinətlərin təyin edilməsi üzrə komitədə fəaliyyət göstərən komissiyanın sədri Fuad Hüseynov bildirib.

"Mövcud Qaydaya uyğun olaraq, vahid aylıq müavinət ala bilməyən məcburi köçkünlər həm Nazirlər Kabinetinə, həm bizə, həm də icra hakimiyyətlərinə çoxsaylı müraciətlər edirlər. Bu müraciətlərlə əlaqədar Dövlət Komitəsində ciddi araşdırmalar aparılıb və nəticələr təhlil edilib. Məsələn, mülkiyyət sahibi olmasına baxmayaraq, ağır vəziyyətdə, ehtiyac içərisində yaşayan, yaxud xəstəliyi ilə əlaqədar ölkəni tərk edib 182 gündən çox xaricdə yaşamaq məcburiyyətində qalan məcburi köçkünlər var, bir sıra digər müstəsna hallar da mövcuddur. Dövlət Komitəsi belə hallarla əlaqədar olaraq mövcud Qaydaya müəyyən dəyişikliklər edilməsi barədə təkliflər hazırlayır",- Fuad Hüseynov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et