MDB ölkələri qarşılıqlı hesablaşmalarda dollar və avro əvəzinə ehtiyat valyuta kimi Çin yuanından istifadə edə bilər.
Bu barədə MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini – MDB-nin icraçı katibi Leonid Anfimov bildirib.
"Fikrimcə, MDB ölkələri arasında qarşılıqlı ticarətə milli valyutalar və ya Birliyin üzvü olan ölkələrə qarşı qeyri-dost hərəkətlər etməyən dövlətlərin valyutaları ilə keçid tam əsaslıdır. İlk növbədə, bunlar yuan və digər valyutalardır ki, onlardan dollar və avro əvəzinə ehtiyat kimi istifadə oluna bilər", - Anfimov bildirib.
Onun fikrincə, dolların erası başa çatıb və bu valyuta 2025-ci ilə qədər öz mövqelərini itirəcək – əhəmiyyətli dərəcədə olmasa da, ən azı dünya iqtisadiyyatının inkişafına təsiri kəskin şəkildə zəifləyəcək, 2030-cu ilə dollar dünyanın ehtiyat valyutası olmayacaq.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!