"McDonald`s" şirkətinin maskotu Ronald haqqında bilmədiyiniz faktlar | Banco.az

"McDonald`s" şirkətinin maskotu Ronald haqqında bilmədiyiniz faktlar

Tamara Mustafayeva, Banco.az

Dünyaca məşhur fəstfud restoranlar şəbəkəsi "McDonald's" şirkətinin məşhur maskotu Ronald MakDonaldı yəqin ki, tanımayan olmaz, əslində çoxlarımız dəfələrlə Ronaldın heykəlinin oturduğu skamyada əyləşib qolumuzu onun çiyninə atmışıq. Odur ki, gəlin bu məşhur maskotun yaranma hekayəsi ilə tanış olaq.

Ronald MakDonald ideyası 1963-cü ildə üç ayrı televiziyada "Ronald MakDonald, Hamburger-Xoşbəxt Kloun" ləqəbindən istifadə edərək çıxış edən Villard Skota (Willard Scott) məxsusdur. Villard Skot həmin illərdə Vaşinqtonda fəaliyyət göstərən WRC televiziyasında Kloun Bozo adı ilə veriliş aparır, eyni zamanda yerli radiolarında birində işləyirdi. 

Personaj burnunda karton McDonald's fincanı, belində sehrli kəmər, başında isə McDonald's nimçəsi gəzdirirdi. İlkin görünüşü çoxları tərəfindən qorxulu hesab edilən personaj tez bir vaxtda uşaqlar tərəfindən sevildi. 

Personajın bu qədər bəyənilməsindən sonra "McDonald's" şirkəti planlarındakı kovboy və kosmos obrazlarından əl çəkdi və Skota "McDonald's" maskotu olmağı təklif etdi. Beləliklə Ronald MakDonald yarandı.

Ronald uşaqlar tərəfindən sevilirdi və demək olar ki, "McDonald's"ın simvoluna çevrilmişdi. Bu uğurdan qısa müddət sonra şirkət Skot ilə yollarını ayırmaq qərarına gəldi, çünki o, aktiv şəkildə klounluqla məşğul olmaq üçün bir qədər çəkili idi. Daha sonra Ronald başqa aktyorlar tərəfindən canlandırılsa da, şirkət bugünə qədər aktyorların kimliyini açıqlamayıb.

Ən sərfəli kredit üçün müraciət et

Ronald təlatümlü karyerasına baxmayaraq, dünyanın ən tanınan personajlarından biridir. 1995-ci ildə səkkiz ölkədə 7 min insan arasında aparılan sorğuya görə, Ronaldın xristian xaçından daha çox tanındığı müəyyən edilmişdi. Başqa bir araşdırma isə Ronalddan daha çox tanınan uydurma personajın ənənəvi ağ-qırmızı libası ilə Şaxta Baba olduğunu ortaya çıxarıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et