McDonald`s sevənlər üçün hamburger formasında puzzle hazırlanıb | Banco.az

McDonald`s sevənlər üçün hamburger formasında puzzle hazırlanıb

Tamata Mustafayeva, Banco.az

Karantin dövründə bir çox insan evdə səmərəli vaxt keçirmək üçün ya yeni hobbilər kəşf elədilər, ya da gündəlik qayğılar zamanı vaxt tapa bilmədikləri keçmiş hobbilərinə müraciət etdilər.

TBWA reklam agentliyinin Belçikada yerləşən filialı da insanların karantin dövründə maraqlı və əyləncəli vaxt keçirməsinə yardımçı olmaq məqsədilə McDonald`s üçün 500 fraqmentdən ibarət hamburger pazlı hazırlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, agentlik sözügedən pazl haqqında etdiyi açıqlamada, "Pazl hazırlamaq vaxt keçirmək və bu stressli günlərdə sizi sakitləşdirmək üçün mükəmməl vasitədir. Bu möhtəşəm görünüşü olan pazl 500 fraqmentdən ibarətdir və diqqətli olun. Onu yeməyin, sadəcə tamamlayın", deyə bildirib.

Bununla yanaşı, McDonald`s Belçika reklam agentliyinin məhdud sayda hazırladığı bu pazllardan 20-ni bir neçə gün əvvəl Instagram vasitəsilə həyata keçirdiyi bir yarışmada insanlara hədiyyə etdi. Yarışmanın şərtinə görə, qalib olmaq istəyən istifadəçilər McDonald`s Belçikanın yayımladığı pazl şəkillərini hekayə hissəsində paylaşaraq bu pazlı nə üçün istədiklərini qeyd etməli və McDonald`s Belçikanı işarələməli idilər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: McDonald`s ideyası kimə məxsusdur?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram