McDonald`s Ramazan ayına özəl reklam filmi yayımlayıb | Banco.az

McDonald`s Ramazan ayına özəl reklam filmi yayımlayıb

Tamara Mustafayeva, Banco.az

McDonald`s şirkəti Ramazan ayına özəl “McDonald’s Iftar Sand Clock” adlı yeni kampaniya hazırlayıb. Fast-fud nəhəngi bu kampaniya çərçivəsində oruc tutanlara iftarı McDonald`s menyusu ilə açmağı təklif edir.

Leo Burnett reklam agentliyi tərəfindən McDonald`s şirkəti üçün hazırlanan sözügedən reklam kampaniyası qum saatı vasitəsilə Ramazan ayında McDonald`s menyusuna diqqət çəkir. Qum dənəciklərinin düşməsi ilə yaranan McDonald`s məhsullarının göstərildiyi reklam filmi iftarı McDonald`s ilə birlikdə açmağa dəvət edir.

Eyni zamanda bütün qum dənəcikləri töküldüyü zaman sosial media vasitəsilə də yayımlanan xüsusi promosiya kodları ilə karantin müddətində McDelivery çatdırılma xidməti də vurğulanır.

Həmçinin oxu: McDonald`s sevənlər üçün hamburger formasında puzzle hazırlanıb

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram