"McDonald's" kosmetika biznesinə başlayıb | Banco.az

"McDonald's" kosmetika biznesinə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fast-fud nəhəngi “McDonald's” kosmetika biznesinə başlayıb.

Banco.az xəbər verir ki, “Nails Inc” ilə əməkdaşlıq edən “McDonald's” məhdud sayda dırnaq boyası və dırnaq məhsulları istehsal edib.

Böyük Britaniyanın dırnaq məhsulları markası “Nails” yemək və içkidən ilhamlandığı məhsullar seriyasına “McDonald's” brendindən də əlavələr edib.

Xüsusi setə qırmızı və qəhvəyi dırnaq boyaları, həmçinin burger, kartof qızartması və souslar daxil olmaqla doqquz fərqli “McDonald's” temalı dırnaq stikerləri daxildir. 

Dəstlərin birincisi qoyulma dırnaqlardan və bu dırnaqları rahatlıqla istifadə etməyə imkan verəcək əşyalardan ibarətdir. Digər dəstdə iki dırnaq boyası və dırnaq stikerləri var.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən məhsullar “Target” mağazalarında, “Amazon” və “Nailsinc.com”da satışdadır. Məhsulların hər birinin qiyməti təxminən 9 funt sterlinq dəyərindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram