McDonalds hamilə qadına içində təmizləyici maddə olan "Latte" satdı! | Banco.az

McDonalds hamilə qadına içində təmizləyici maddə olan "Latte" satdı!

Kanadanın Alberta əyalətində fəaliyyət göstərən McDonalds restoranlarından biri hamilə bir müştərisinin sifariş etdiyi “Latte” içkisinin əvəzinə təmizləyici vasitə satdı. Restoranın sahibi müştərinin içkisi hazırlanarkən süd tədarük xəttinin təmizləyici məhlula bağlı olduğunu bildirərək üzr istədi.

Təxminən 7 aylıq hamilə olan Sarah Douglasın “Lethbridge News” – a etdiyi açıqlamaya görə bazar günü oğlunu beyzbol turnirinə apararkən McDonalds restoranından “Latte” içkisi alıb və maşınına qayıdarkən aldığı içkidən bir qurtum içdikdən sonra maşını dayandırıb içdiyi qəhvəni tüpürməli olub. Douglas, “Qəhvənin qapağını açdım və kəskin kimyəvi maddə qoxusu hiss elədim, bu əsla qəhvə deyildi” deyir.

Ən sərfəli kredit üçün müraciət et

Restoranın sahibinə görə süd tədarük xətti səhvən təmizləyici məhlul olan xəttə bağlanarkən xanım Douglasın içkisi hazırlanıb. Səlahiyyətli şəxslər hər səhər icra edilən gündəlik təmizlik əsnasında bir uğursuzluq olduğunu və Douglasdan dəfələrlə üzr istənildiyini bildirirlər.

Sarah Douglas isə istifadə edilən təmizləyici maddənin bir fotoşəklini götürərək araşdırma apardı və əldə edilən nəticələr görə həmin maddə zəhərli, göz və dəri üçün olduqca təhlükəlidir. Həmin təmizləyici maddədən istifadə edən insanların göz qoruyucu və əlcək geyinmələri ilə bağlı da xəbərdarlıq edildi. Douglas həkim müayinəsindən keçdiyini, ancaq təmizləyici məhlulu udmadığı üçün qalıcı fəsadın olmadığı söylədi.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et